Azərbaycanda bu qədər vergi ödəyicisi var - Hesabat

17:09 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə Azərbaycanda 1 301 903 vergi ödəyicisi olub.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, bunun 1 143 366-sı və yaxud 87,8 %-i fiziki şəxs, 158 537-si və yaxud 12,2 %-i hüquqi şəxs və digər təşkilatlar olub.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,5% artıb.

Bu da artımın 91%-i fiziki şəxslərin, 9 %-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması, əsasən, kommersiya qurumları hesabına baş verib (98,8%).

Qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,5%-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,5%-i səhmdar cəmiyyət, 1,3%-i kooperativ və s. təşkilati-hüquqi formasındadır.

 

Other news