Bu ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabı üzrə yaxşı nəticələr gözlənilir - Baş bankir

15:50 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın sədri Elman Rüstəmov 2021-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabı üzrə yaxşı nəticələr gözləyir.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, ilin birinci yarısının yekunları üzrə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8%-ni təşkil edib.

“Tədiyə balansının göstəricilərinə, əsasən neft amili təsir edir. Ancaq gördüyünüz kimi, neftin qiyməti bahalaşır. Buna görə də biz çox yaxşı nəticələr gözləyirik”, - deyə Elman Rüstəmov bu gün  bildirib.

Bununla belə, o, cari əməliyyatlar hesabının profisitinin necə ola biləcəyini dəqiqləşdirməyib.

 

Other news