İki şirkətin yığımları xeyli azalıb - Hesabat

11:46 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. Azərbaycanın sığorta şirkətlərinin yanvar-sentyabr ayları üzrə göstəriciləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən ölkədəki 20 sığorta şirkətinin 6-da yığımlar azalıb, 14 sığorta şirkətində isə artım baş verib.

Yığımları azalanlar arasımda ən çox enmə iki şirkətdə qeydə alınıb.

Belə ki, "Azsığorta"nın yığımları 35% azalaraq ötən ilin eyni dövründəki 12,9 milyon manatdan bu il 8,4 milyona düşüb.

"Meqa Sığorta" ASC-nin yığımları isə 28% azalaraq ötən ilki 25,6 milyon manatdan bu il 18,5 milyon manata enib.

Müəllif: Elmir Murad

Other news