Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac etdiyi ölkələr - Siyahı

14:52 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 586,5 milyon ABŞ dolları, Türkiyəyə 455 milyon ABŞ dolları, İsveçrəyə 174 milyon ABŞ dolları, Gürcüstana 120,5  milyon ABŞ dolları və ABŞ-a  54,8  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ-ın məlumatına görə, digər yerlərdə müvafiq olaraq Ukrayna (36,2 milyon ABŞ dolları), Braziliya (31,5 milyon ABŞ dolları), Çin (27,4 milyon ABŞ dolları), Belçika (26,4 milyon ABŞ dolları), Qazaxıstan (26,1 milyon ABŞ dolları) gəlir.

 

Other news