16:40 - 13.04.2018
13 aprel, Fineko/abc.az. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar - dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb.
Görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və irəlidəki planları haqqında təfərrüatı ilə məlumat verdilər. Qeyd edilmişdir ki, “Reynerci” – yağış suyunu elektrik enerjisinə çevirən cihazdır. Onların ixtira etdiyi cihaz, gələcəkdə alternativ enerji mənbələrinin inkişafı üçün böyük imkanlar yarada bilər.
Xatırladaq ki, “İstək” liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhra tərəfindən birgə ixtira edilmiş “Reynerci” cihazı, Qlobal Sahibkarlıq Sammiti - 2017-də böyük marağa səbəb olub, ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp tərəfindən xüsusi qeyd edilmişdir.
Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib ki, Azərbaycanda belə gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. O, ölkəmizdə bu cür gənc nəslin formalaşması ilə fəxr etdiyini vurğulayaraq, dövlət tərəfindən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd etdi.
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
23 April 2024