Azərbaycanın turizm potensialı Londonda nümayiş edilib - Bu dəfə virtual qayda da

14:49 - 10.11.2021


10 noyabr, Fineko/abc.az  Noyabrın 8-i və 9-da Londonda Dünya Səyahət Bazarı sərgisində Azərbaycanın turizm imkanları nümayiş etdirilib.

Dövlət Turizm Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, bu il hibrit formatda – həm fiziki, həm də onlayn iştirakla keçirilən tədbirə Azərbaycan tərəfindən iştirak virtual qaydada olub.
Sərgi müddətində ABŞ, Brazilya, Kanada, Hindistan və Avropa dövlətlərindən olan turizm və media şirkətləri, eyni zamanda blogerlərlə ümumilikdə 40-a yaxın görüş keçirilib.

Azərbaycana səyahət etməyi planlaşdıran görüş iştirakçıları pandemiya dövründə ölkəmizə səfər edərkən daxilolma prosedurları və hotellərdə tətbiq olunan qaydalarla maraqlanıblar.

Other news