Səudiyyə Ərəbistanının iki şəhərinə birbaşa aviareyslər açılır - Qiymət

10:51 - 16.11.2021


16 noyabr, Fineko/abc.az Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” Səudiyyə Ərəbistanının iki şəhərinə - Ər-Riyad və Dammam şəhərlərinə xüsusi reyslər yerinə yetirməyə başlayır.

“Buta Airways” aviaşirkətindən ABC.AZ-a daxil olan məlumata görə, paytaxt Ər-Riyad şəhərinə reyslər 27 noyabr tarixindən etibarən həftənin şənbə günləri, Dammam şəhərinə isə 26 noyabrdan etibarən həftənin bazar ertəsi və cümə günləri  həyata keçiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat daxildir. Aviabiletlərin dəyəri  55 avrodan başlayır.

Other news