Neft Fondunun aktivlərinin artmasına zəmin yaranıb - Nazir

14:21 - 16.11.2021


16 noyabr, Fineko/abc.az  Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında bir sıra məsələlərə toxunub.

ABC.AZ-ın məlumatına görə, nazir qeyd edib ki, bu ilin 9 ayında vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları üzrə proqnoz müvafiq olaraq 20,2 % və 12,4 % artıq icra edilib. "Bu isə müvafiq olaraq 1 milyard 67 milyon manat və 320 milyon manat əlavə vəsait deməkdir.

Xam neftin satış qiymətinin proqnoza nisbətən əhəmiyyətli artımı hesabına dövlət büdcəsinin gəlirləri ilə yanaşı Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin də artmasına zəmin yaranıb" deyə nazir bildirib.

Other news