Postpandemiya dövründə maliyyə çağırışları büdcə xərclərinin artmasını tələb edir - Elman Rüstəmov

15:23 - 16.11.2021


16 noyabr, Fineko/abc.az    Növbəti il üçün olan proqnozlar tam şəkildə makroiqtisadi sabitlik sistemində qurulub.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Plenar iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir bildirib ki, postmüharibə və postpandemiya dövründə böyük maliyyə çağırışlar büdcə xərclərinin artmasını tələb edir. Onun sözlərinə görə, burada əsas strateji çağırış iqtisadiyyatın neftdən asılılığını azalmasını şərtləndirir. "Yaxın gələcəkdə bütövlükdə makroiqtisadi sistemin qəbul ediləcək yeni strategiyaya uyğunlaşdırılması gözlənilir. Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir".

Other news