Məmur monopoliyası süni qiymət artımı yaradır - Deputat

16:15 - 16.11.2021


16 noyabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi bu gün Milli Məclisdə Plenar iclas keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclas zamanı çıxış edən deputat Əli Məsimli 2021- ci ildə əhalinin gəlirlərinin artması ilə yanaşı inflyasiyanın da artmasının insanların vəziyyətinin pisləşməsinə gətirib çıxardığını bildirib.

O qeyd edib ki, nəticədə əhalinin real gəlirləri aşağı düşüb: “Çünki inflyasiya 6 faiz civarındadır. 2022- ci ildə 1,4 milyardlıq böyük sosial paket həyata keçiriləcək. Əməkhaqqı 8 faiz artacaq. Büdcədə də nəzərdə tutulur ki, inflyasiya 4 faizə çatacaq. Ancaq Elman Rüstəmov da bildirdi ki, xarici amillər hesabına inflyasiya 2,5 faiz, daxil amillər hesabına 2, 5 faiz, monetar hesaba isə 1, 3 faiz olacaq. Bu da 6 faizə yaxın inflyasiya deməkdir. Məmur monopoliyası nəticəsində süni qiymət artımı baş verir".

Other news