Sığorta bazarı 13 faiz artıb - Elman Rüstəmov

10:22 - 17.11.2021


17 noyabr, Fineko/abc.az. Sığorta bazarının genişlənməsi, əhalinin və biznesin fundamental risklərinin sığorta təminatına daxil edilməsi, sığorta sektorunun iqtisadi inkişafda rolunun artırılması məqsədilə hazırlanmış əhatəli strategiyanın reallaşdırılması intensivləşdirilib.

ABC.AZ-ın məlumatına görə, bu fikirləri Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin plenar iclasında deyib.

E.Rüstəmov qeyd edib ki, sığorta sahəsində görülən işlər onun artım potensialının reallaşdırılmasına imkan verir. "Nəticədə bu ilin 10 ayında sığorta bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb" deyə Baş bankir qeyd edib.

Baş Bankir inflyasiyadan danışdı - 6 faizə yaxın olacaq

Qiymət artımına təsir edən təbii amillər var - Elman Rüstəmov

Other news