Ödənişlərdə yenilik - QR koddan istifadə olunacaq

10:47 - 17.11.2021


17 noyabr, Fineko/abc.az.  Azərbaycanda ödənişlər üçün QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində ölkədə QR kodla təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədi ilə “Ödənişlər üçün QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) hazırlanaraq təsdiq edilib.

Metodoloji Rəhbərlikdən irəli gələn tövsiyətlərin tətbiqi ölkədə banklar və bank olmayan ödəniş təşkilatlarının təqdim etdiyi QR ödənişlərinin standartlaşdırılmasını, təmassız ödənişlərin genişlənməsini və bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsini təmin edəcək.

Other news