Bakıda mərkəzi yollar təmirə bağlanacaq

11:07 - 18.04.2018


18 aprel, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında hərəkətin məhdudlaşdırılması haqqında xəbərdarlıq edir.

BNA-in məlumatında deyilir ki, hərəkətin məhdudlaşdırılması “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə bağlıdır.

“Aprelin 18-dən Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundov küçəsi ilə kəsişməsi,  aprelin 22-dən isə  Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri saat 23:00-dan saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki,  təmir işləri müddəti ərzində sürücülər Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə edə bilərlər.

 

Other news