Bakıda avtobus dayanacağı ləğv olundu

11:57 - 18.04.2018


18 aprel, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında xaotik vəziyyətin aradan qaldırılması ilə bağlı tədbilərin icrasına başlayıb.

BNA-in məlumatında deyilir ki, belə vəziyyət, “Koroğlu” stansiyasının Hava limanı istiqamətindəki çıxışında müşahidə olunur.

“Hərəkətin xaotikliyinin ləğv edilməsi, həmçinin bu sahədə tıxacların aradan qaldırılması üçün metro çıxışının qarşısındakı avtobus dayanacağının ləğv edilməsi qərara alınmışdır. Artıq sərnişinlər bu sahədə təşkil edilmiş “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən istifadə edə biləcəklər”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, daşıyıcılar artıq dəyişikliklər haqqında xəbərdar olunub.

 

Other news