Moskvanın “Jukovski” hava limanına reyslərin sayı artırılır

14:27 - 23.11.2021


23 noyabr, Fineko/abc.az. Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” Bakıdan Moskvanın “Jukovski” hava limanına və geriyə yerinə yetirilən xüsusi reyslərin sayını artırır. ABC.AZ xəbər verir ki, aviaşirkət tərəfindən həftənin cümə günləri “Jukovski” hava limanına yerinə yetirilən uçuşlara əlavə olaraq, 15 dekabr tarixindən etibarən həftənin çərşənbə günləri də həftəlik reys əlavə olunacaq. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.
Other news