8 şirkət özəlləşdiriləcək - Detallar

17:00 - 23.11.2021


23 noyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan 8 şirkət özəlləşdirməyə çıxarılacaq”.

ABC.AZ-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

O, həmçinin deyib ki, dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsinə yanaşma eyni deyil: “Bəzi dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilib. Digər dövlət müəssisələrinə isə onların xüsusiyyətləri, ölkə iqtisadiyyatının inkişafına rolları nəzərə alınmaqla, dövlət maraqları gözlənilməklə xüsusi yanaşmalar tətbiq olunur”, - deyə o qeyd edib.

Other news