Ağdam Sənaye parkında artıq elektrik enerjisi qurulub - Nazir

14:59 - 29.11.2021


29 noyabr, Fineko/abc.az.  İşğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəliş başlayıb və hazırda Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyəti üçün işgüzar mühit yaradılır.

ABC.AZ-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, artıq parka ayrılmış 190 hektar ərazinin 74 hektarı minalardan təmizlənib, elektrik enerjisi və su təchizatı sistemi qurulub.

Other news