Nazirə müavinlər təyin edildi - Prezidentdən Sərəncamlar

17:31 - 29.11.2021


 29 noyabr, Fineko/abc.az.  Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov  gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər. Prezidentin digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Other news