İran digər valyutaların xeyrinə dollardan imtina etdi

17:39 - 18.04.2018


18 аprel, Fineko/abc.az. İran idxal əməliyyatlarını ABŞ dolları ilə həyata keçirməyi qadağan etdi.

“Forbes” jurnalının xəbərinə əsasən, İranın gömrük orqanları, əməliyyatlarda dollar istifadə edildikdə,  malların idxalına dair bəyannamələri və ya sifarişləri işləməyəcək.

“İdxalatçılar dolları avro və ya ticarətin aparıldığı ölkələrin milli valyutaları ilə əvəz edə bilərlər. Ölkənin Mərkəzi Bankı beynəlxalq əməliyyatlarda heç bir maneə törədilməyəcəyini bəyan edir. Çünki hətta indi dollar xarici ticarət əməliyyatlarının kiçik bir hissəsi üçün istifadə olunur”, - “Forbes” xəbər verir.

Jurnal qeyd edir ki, avronun istifadəsi, ikiqat valyuta mübadiləsi səbəbindən idxalçıların xərclərinin artmasına səbəb ola bilər.

Dolların istifadəsini məhdudlaşdıran səbəblərdən biri də rialın davamlı düşməsidir. İlin başlanğıcından etibarən, İran valyutası 2017-ci ildəki nisbətin düşməsinə baxmayaraq 8% ucuzlaşıb. Dollar idxalına qadağa, İran daxilində dollara olan tələbi azaltmalıdır.

2017-ci ilin noyabr ayında İranın ali lideri Ayətullah Əli Xamenei, Rusiya prezidenti Vladimir Putin ilə görüşündə, Tehran ilə Moskva arasında əməkdaşlığın Amerika Birləşmiş Ştatlarını təcrid etməyə kömək edəcəyini söylədi. Onun sözlərinə görə, dolların istifadəsindən imtina bu strategiyanın elementlərindən biri ola bilər.

 

Other news