Ağdam Sənaye Parkı günəş enerjisi ilə işıqlandırılır

02.12.2021,16:22


2 dekabr, Fineko/abc.az. Ağdam Sənaye Parkında sosial zonanın təşkili istiqamətində işlər artıq yekunlaşdırılıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumatda bildirilir ki, subartezian quyusundan Sənaye Parkının sosial zonasına su xətləri çəkilib.

Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb.

Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.