Son 10 ayda bu qədər alma ixrac edilib - Hesabat

02.12.2021,17:25


2 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan $27.6 mln. dəyərində 51 392.57 ton alma ixrac edib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinə əsasən aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac olunmuş almanın miqdarı cəmi 0.4% çox olsa da, ixrac gəlirləri 30.2% artıb.

Təkcə oktyabr ayında xaricə 7 287.84 ton alma satılıb və bu satışdan $4.57 mln. qazanc əldə olunub.

Belə ki, hesablamalara əsasən, bu il Azərbaycandan xaricə ixrac edilən almanın hər kiloqramının ixrac dəyəri 92 qəpik olub.

Ötən il isə bu rəqəm 70 qəpik idi.