ABŞ neft qiymətləri barədə proqnozunu azaltdı

11:10 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. ABŞ 2021-2022-ci illər üçün neftin qiyməti üzrə proqnozunu azaldıb.

ABC.AZ-ın məlumatına görə, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının aylıq hesabatına görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 70,6 dollar səviyyəsində olacağı gözlənilir.

Bu, əvvəlki proqnozla müqayisədə 0,99 dollar azdır.

Proqnoza əsasən, 2022-ci ildə "Brent" neftinin qiyməti 70,05 dollar səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisindən 1,86 dollar azdır.

 

Other news