Son 3 ildə əməkhaqqı fondu 92 faiz artıb - Nazir

15:36 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. 2018-2021-ci illər ərzində əməkhaqqı fondu 92% artıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, bu dövrdə minimum əməkhaqqı təqribın 2 dəfə, orta əməkhaqqı – 40%, median əməkhaqqı – 75% artıb.

Nazir vurğulayıb ki son 4 il ərzində dövlət məşğulluq xidmətləri tərəfindən 230 mindən çox şəxs işlə təmin olunub.

"Eyni zamanda, əmək bazarında ixtisaslı işçi qüvvəsi ilə bağlı problemlər var. İndiyədək onlar əmək bazrının yalnız 35%-ni təşkil edir. Növbəti dövrdə biz bu göstəricinin artırılmasına diqqət ayırmalıyıq", - deyə nazir bildirib.

 

Other news