Bu yataqlar bir neçə şirkətə verildi - Siyahı

17:18 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 6 dekabr tarixində keçirilib.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, hərracda Xızı rayonunda yerləşən “Sitalçay” qum-çınqıl yatağının, “Yeni Yaşma I” qum yatağının müvafiq olaraq 76 hektar və 5,5 hektar sahəsi, Ağsu rayonunun “Sulutçay” qum-çınqıl yatağının 20 hektar sahəsi, Göygöl rayonunun “Üçtəpə-Qızılqaya” qranit yatağının 2,14 hektar sahəsi, Salyan rayonunun “Salyan” gil yatağının 5 hektar sahəsi istifadəyə verilib.

“Sulutçay” qum-çınqıl yatağı üzrə keçirilən hərracın qalibi Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC, “Üçtəpə-Qızılqaya” qranit yatağı üzrə qalib "NB SERAMİC" MMC,” Yeni Yaşma I” qum yatağı üzrə qalib "KLV" MMC, “Salyan” gil yatağı üzrə keçirilən hərracın qalibi isə "AZƏRİÇİN TMİ" MMC olub.

 

Other news