Xaricə gedən vətəndaşlarımız da, ölkəmizə gələn turistlərin sayı da azalıb

11:17 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 38.2% azalıb.

ABC.AZ-ın məlumatına görə, bu, 2021-ci ilin 9 ayın yekunları üzrə Azərbaycanın tədiyə balansında öz əksini tapıb.

Sözügedən dövrdə xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 367.4 milyon dollar olub.

Bunun 88.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3.4 dəfə azalaraq 6 milyon təşkil edib.

Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 37.3% artaraq 668 milyon olub.

Müəllif: Elmir Murad

Other news