Toyota istehsalı dayandırır?

16:11 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. "Toyota" şirkəti tədarük çətinliyi ilə əlaqədar Yaponiyadakı 2 zavodunda istehsala fasilə verəcək.

ABC.AZ-ın məlumatına görə, "Toyota Motors" bundan əvvəl də istehsala fasilə verəcəyini bəyan etmişdi. Belə ki, şirkət daha əvvəl yarımkeçirici çatışmazlığı və Çində elektrik enerjisi fasilələrinə qlobal avtomobil istehsalını azaldaraq 150 minə salacağını açıqlamışdı.

Qeyd edək ki, çip təhvili müddəti oktyabr ayı ilə müqayisədə daha dörd gün artaraq 22,3 həftə yüksəlib.

Beləliklə, çipin sifarişilə təhvili (alınması) arasında müddət ən yüksək səviyyəyə çatıb.

Müəllif: Elmir Murad

 

Other news