Abşeron rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb

16:32 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Abşeron rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

ABC.AZ xəbər verir ki, Xırdalan şəhəri Həsənağa Turabov küçəsindəki apartment tipli yaşayış evində, həmçinin binanın birinci mərtəbəsində yerləşən “Zeytun” marketində,  Ceyranbatan su anbarına yaxın hissəsində yerləşən fermer təsərrüfatında sudan qeyri qanuni istifadə, bundan başqa Masazır qəsəbəsindəki sallaqxananın su təchizatı da qanunsuz çəkilmiş xətt vasitəsilə aparıldığı aşkarlanıb. 

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib.

Qeyd edilir ki, 2021-ci ilin 11 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 13993, Abşeron  rayonu üzrə isə 1492 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 4 mln 64 min və 440 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

 

Other news