Türk lirəsinin ucuzlaşması davam edir

16:42 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı (TCMB), valyuta məzənnələrində qeyri-sağlam qiymət formalaşması ilə əlaqədar olaraq valyuta bazarına müdaxilə edir.

TCMB-nin saytında yerləşdirilən məlumatda,"Valyuta məzənnələrində görülən qeyri-sağlam qiymətlər ilə əlaqədar olaraq bazara satış istiqamətində birbaşa müdaxilə edilməkdədir" deyilir.

Türkiyə Mərkəzi Bank 1 dekabrda 2014-cü ildənu yana ilk dəfə bazara müdaxilə etdiyini açıqlamışdı.

Bloomberg-in əldə etdiyi məlumata görə, Mərkəzi Bank 1 dekabrdakı birbaşa müdaxilə ilə bazara təxminən 700 milyon dollarlıq valyuta satışı həyata keçirib.

TCMB 3 dekabrda valyuta bazarına ikinci müdaxiləni də reallaşdırmışdır. İkinci müdaxilədə cəmi 300 milyon dollarlıq valyuta satıldığı məlumatı əldə edilmişdi.

Dollar/TL məzənnəsi isə TCMB-nin müdaxilələrinə kəskin reaksiya vermir, zəif də olsa yüksəlmək meylindədir. Bugün Dollar/TL məzənnəsi 13,9542 səviyyəsini görərək rekord yeniləyib.

© Marja

Other news