Ötən ay Azərbaycan nə qədər gündəlik neft hasil edib?

16:33 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. 2021-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barrel olub.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunun 588,9 min barrelini xam neft, 119,5 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barrel həcmində olması nəzərdə tutulurdu.

Other news