Rusiya şirkəti qaz ixracından əldə etdiyi gəlirlərini artırıb

16:53 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-oktyabr aylarında “Qazprom”un qaz ixracından əldə etdiyi gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 39,58 milyard dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Rusiyanın Federal Gömrük Xidməti məlumat yayıb.

Hesabat dövründə qaz ixracının fiziki həcmi 5,7 faiz artaraq 171,5 milyard kubmetrə çatıb.

“Qazprom” ixracı 2021-ci ilin oktyabrında sentyabr ayı ilə müqayisədə 9,3% azalıb – 13,9 milyard kubmetrə qədər. Eyni zamanda, dəyər ifadəsində qaz ixracı 30,8% artaraq 6,17 milyard dollar təşkil edib.

 

Other news