Bakıda 3 ölkə sahibkarlarının iştirakı ilə biznes forum keçirilir

12:18 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. Bakıda Azərbaycan-Gurcüstan-Türkiyə biznes forumu işə başlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, bir sıra dövlət qurumlarının rəhbərləri, nümayəndələri və sahibkarlar iştirak edir.

Forum çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstanın ticarət və sənaye palataları arasında memorandumun imzalanması planlaşdırılıb.

 


Other news