Neftə tələbin artımı koronavirus səbəbindən azala bilər - Proqnoz

14:50 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. Neftə tələbatın artması tempi koronavirusa yoluxma hallarının artması fonunda yavaşlaya bilər.

ABC.AZ-ın məlumatına görə, bu Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatında belə aydın olur.

Sözügedən hesabatda qeyd olunur ki, bu yenidən nəqliyyat məhdudiyyətlərinə və təyyarə yanacağının istehlakının azalmasına səbəb olacaq.

“Yeni COVID-19 dalğasının qlobal neft tələbatının bərpasını yavaşlatacağı gözlənilir. İlk növbədə hava nəqliyyatı təsirlənəcək”, - məlumatda deyilir.

İndi neftə tələbatın artması proqnozu 2021-ci il üçün sutkada 5,4 milyon barelə, 2022-ci il üçün isə 3,3 milyon barelə endirilib.

Müəllif: Elmir Murad

Other news