OPEC+ ölkələri neft hasilatını azaldıblar

15:17 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. 2021-ci ilin noyabrında neft hasilatının azaldılmasına dair sazişdə iştirak edən OPEC+ ölkələri hasilatı əsasən OPEC ölkələrinin hesabına sutkada 410 min barel (barel/gün) artıraraq 37,29 milyon barelə çatdırıblar.

ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatında deyilir.

Belə ki, Səudiyyə Ərəbistanı noyabrda neft hasilatını oktyabrda sutkada 9,8 milyon barelə qarşı 9,89 milyon barelə artırıb. Lakin krallıq hələ də neft hasilatını 2% azaltmaq hədəfini artıqlaması ilə yerinə yetirir.

Rusiya noyabrda gündə 9,95 milyon barel hasil edib (oktyabrda - 9,92 milyon barel), sazişin şərtlərini 96% yerinə yetirib.

Noyabrda OPEC-ə üzv olan on ölkə plana 124%, qeyri-OPEC ölkələri isə 101% əməl edib. OPEC+ sazişində iştirak edən ölkələr oktyabrda olduğu kimi noyabrda da azalma normalarını 116% yerinə yetiriblər.

 

Other news