Neft bahalaşır, Brent barrel başına $74,53 təşkil edir

10:15 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlara əsasən ticarətdə artır.

Saat 9:40- da London ICE Futures birjasında ticarətdə  Brent neftinin fevral fyuçersi  $0,64 (0,88%) - barel başına $74,53-a yüksəldi. Dekabrın 15 - də baş tutan hərracların nəticələrinə görə, fevral ayına olan fyuçers  $0,18 (0,24%) - bir barelə  $73,88 səviyyəsinə yüksəldi.

Saat 9: 40- da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin  yanvar ayına olan  fyuçersi $0,77 (1,09%) - barrel başına $71,64-ə qədər artıb. Dekabrın 15 - də baş tutan hərracların nəticələrinə görə, WTI-nin yanvar fyuçerslərinin qiyməti $0,14 (0,2%) artaraq barelə görə $70,87-dək yüksəlib.

ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 4,58 mln.barrel azalaraq 428,29 mln. barelə düşüb. Benzinin əmtəə ehtiyatları 719 min barrel azalıb və 218,58 milyon barel təşkil edib. Distillatların kommersiya ehtiyatları 2,85 milyon barel, 123,76 milyon barelə qədər azalmışdır.

 

Other news