Son 11 ayda Azərbaycanın neft məhsulları istehsalı artıb – Hesabat

17:28 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 14,6% - 3 milyard 984,4 milyon manata qədər artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə 1 milyon 138,9 min ton (artım 6,8%) avtomobil benzini, 370,7 min ton (artım 2,3 dəfə) birbaşa qovulan benzin (nafta), 2 milyon 238,8 min ton (artım 19%) dizel yanacağı, 59,3 min ton (artım 1,5%) soba mazutu, 46,5 min ton (artım 60,9%) sürtkü yağı, 235 min ton (artım 30,9%) neft koksu istehsal edilib.

Yanvar-noyabr aylarında 347,2 min ton neft bitumu (2020-ci ilin 11 ayının göstəricisinə uyğundur) və 440,2 min ton təyyarə yanacağı (azalma 4,1%) istehsal edilib.

 

Other news