Çin İran neftinin alışını artırıb

11:23 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Çinin neftayırma zavodları ötən ay ucuz İran nefti alışını artırıb.

ABC.AZ-ın məlumatına görə, Çin noyabr ayında gündəlik təxminən 600 min barel olmaqla 18 milyon barel civarında neft idxal edib. Müqayisə üçün qeyd edək ki, bu, oktyabrdakından 40% çoxdur.

Bazardakı mənbələr, İran neftinin ICE Brent neftinin qiymətindən 4 dollar ucuz satıldığını qeyd ediblər.

 

Other news