Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı artıb - Hesabat

12:19 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. 2021-ci il dekabrın 1-nə kimi 1 milyon 39,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çox kartof, 1 milyon 789,3 min ton (6,6 faiz çox) tərəvəz, 459,9 min ton (2,6 faiz çox) bostan məhsulları, 1 milyon 193,0 min ton (6,4 faiz çox) meyvə və giləmeyvə, 205,0 min ton (1,7 faiz çox) üzüm, 1 milyon 175,4 ton (26,2 faiz çox) yaşıl çay yarpağı, 271,8 min ton (17,2 faiz az) pambıq, 25,7 min ton (4,0 faiz çox) günəbaxan, 187,4 min ton (22,8 faiz az) şəkər çuğunduru və 6,4 min ton (2,1 faiz az) tütün yığılıb.

ABC.AZ xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 507,3 min ton, süd istehsalı 1,4 faiz artaraq 1 milyon 999,3 min ton, yun istehsalı 0,1 faiz artaraq 16,0 min ton, barama istehsalı 11,4 faiz artaraq 497,4 ton, yumurta istehsalı isə 3,5 faiz azalaraq 1 milyard 687,3 milyon ədəd olub.

2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı 4,8 faiz artıb.

 

Other news