Pirallahıda yeni müəssisə açılacaq - 150 iş yeri nəzərdə tutulur

12:32 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyində Türkiyənin “Demirören” Holdinqinin nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, görüşdə Holdinqlə əməkdaşlığın genişləndirilməsi, həmçinin əczaçılıq sahəsində imzalanacaq Anlaşma Memorandumu ilə bağlı müzakirə aparılıb.

Sonra İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Demirören” Holdinqin İdarə Heyətinin sədri Yıldırım Demirören imzalayıblar. Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaqla əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulur.

Müəssisənin tikintisi üçün Pirallahı Sənaye Parkında müvafiq ərazinin ayrılması, Azərbaycan İnvestisiya Şirkətinin layihədə iştirakı və ən azı, 150 nəfəri yerli olmaqla yeni iş yerlərinin açılması planlaşdırılır.

 

Other news