Bu şirkətlər Rusiya bazarını tərk edirlər - Siyahı

16:19 - 20.12.2021


20 dekabr, Fineko/abc.az. Avropanın bəzi şirkğtləri Rusiyadakı mövcudluqlarını azaltmağa davam edirlər.

ABC.AZ-ın məlumatına görə, sözügedən şirkətlər "Nordea", "OTP Group", "Danske Bank"dır.

Bununla yanaşı Finlandiyanın ən böyük enerji konserni "Neste"nin ardınca Avropa Birliyinin ən böyük neft və qaz korporasiyalarından biri olan, təxminən 50 milyard dollarlıq illik gəliri olan İspaniyanın "Repsol" şirkəti də Rusiyadakı aktivlərindən xilas olmaq qərarına gəlib.

Ekspertlər şirkətlərin bunu Rusiyaya tətbiq edilən biznes sanksiyaları və iqtisadi durğunluq fonunda atdıqlarını bildirir.

Müəllif: Elmir Murad

Other news