Neft bahalaşır, Brent barrel başına $72,10 təşkil edir

09:30 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən sessiyanın yekunları üzrə düşdükdən sonra çərşənbə axşamı ticarətdə artır.

Saat 9:15-də London ICE Futures birjasında ticarət üzrə Brent neftinin fevral fyuçersi $0,58 (0,81%) - barel başına $72,10 qədər yüksəldi. Dekabrın 20 - də baş tutan ticarətin nəticələrinə görə, Brent neftinin fevral fyuçersi $2 (2,72%) düşərək bir barelə $71,52 təşkil etdi.

Saat 9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $1,13 (1,66%) - bir barel üçün $69,36-a yüksəldi. Dekabrın 20 - də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin fevral fyuçerslərinin qiyməti 2,63 (3,71%) barrel başına $68,23düşüb.

 

Other news