Ölkəyə gətirilmiş buğdanın həcmi açıqlanıb - Dəyərdə artım, həcmdə azalma var

12:03 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gətirilmiş buğdanın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 287 557,62 ABŞ dolları dəyərində 1 017 503,94 ton buğda idxal edilib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrünə nisbətdə ölkəyə idxal edilən buğdanın dəyəri 9,5% artıb, həcmi isə 17% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,76%-nə bərabər olub.

 

Other news