Depozit hərracında AMB 350 milyon manat cəlb etdi

14:59 - 23.04.2018


23 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  bu gün növbəti depozit hərracını keçirib.

AMB-dan verilən məlumata əsasən, hərrac, “Bloomberg” ticarət sistemində keçirilmişdir.

“935,8 milyon manat təklifi ilə, depozit hərracına 350 milyon manat cəlb edilmişdir. Vəsaitlər 14 gün tədavül müddətinə cəlb edilmişdir. Əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 8,01% təşkil etmişdir”, - məlumatda belə deyilir.

 

Other news