Bank filialları artıb, şöbələr isə azalıb - Mərkəzi Bankdam hesabat

16:52 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. 2021-ci ilin əvvəlindən Azərbaycanda bank filiallarının sayında artım, bank şöbələrinin sayında isə azalma müşahidə olunur.

ABC.AZ xəbər verir ki, ilin əvvəlində 455 bank filialı var idisə, il ərzində 19 yeni filialın açılması ilə bu rəqəm 474 olub.

Bank şöbələrinin sayı isə ilin əvvəlindən hesabat dövrünədək 12 ədəd azalaraq 97-yə çatıb.

Mərkəzi Bankı bildirir ki, cari ilin noyabr ayı ərzində 4 yeni bank filialı istifadəyə verilib, bank şöbələrinin sayında isə dəyişiklik olmayıb.

 

Other news