Neft bahalaşır, Brent barrel başına $74,04 təşkil edir

09:47 - 22.12.2021


22 dekabr, Fineko/abc.az. Əvvəlki sessiyanın yekunları üzrə yüksəlişdən sonra, çərşənbə günü əməliyyatlarda neftin etalon markalarının qiymətləri zəif olaraq artır.

Saat 9:35-də London ICE Futures birjasında baş tutmuş ticarətdə Brent neftinin fevral fyuçersi $0,06 (0,08%) - barel başına $74,04-a yüksəldi. Dekabrın 21 - də ticarətin nəticələrinə görə, fevral ayı üçün Brent neftinin fyuçers qiyməti $2,46 (3,44%) artıb barel üçün $73,98 təşkil etmişdir.

Saat 9: 35-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $0,22 (0,31%) - bir barelə $71,34 səviyyəsinə yüksəldi. Dekabrın 21 - də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin fevral fyuçersinin qiyməti $2,51 (3,66%) – barrel başına $71,12-dək artıb.

Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 3,67 milyon barel azalıb.

 

Other news