Azərbaycanın qeyri-neft ixracı 44% artıb - Nazir müavini

12:30 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadiyyat 5,3%, qeyri-neft sektoru 6,4% artıb.

ABC.AZ-ın məlumatına görə, bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini bildirib ki, ölkənin qeyri-neft ixracı 44% artıb və bu ilin sonuna 2,6 mlrd. ABŞ dollarını ötəcəyi gözlənilir.

"Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dollara çatıb. Bu ilin 10 ayında vergilərdən proqnozlaşdırılandan əlavə 1,3 mlrd. manat əlavə vəsait büdcəyə köçürülüb. Bu, ilk növbədə şəffaflığın təmin edilməsi ilə bağlıdır", - deyə S. Məmmədov qeyd edib.

 

Other news