Bu dövlət xidmətinə rəis təyin edilib

14:25 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Prezidentin Sərəncamı ilə Məmməd Aslan oğlu Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

ABC.AZ-ın məlumatına görə, M.Abbasbəyli 2000-ci ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının həqiqi üzvüdür. Əmək fəaliyyətinə 2000-ci ildə Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, 2003-cü ilədək şirkətin Bakı ofisində fəaliyyətini davam etdirib. 2004-2008-ci illərdə bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində işləyib.

2009-2014-cü illərdə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətin baş icraçı direktoru olub. 2019-cu ildə iqtisadiyyat nazirinin müşaviri təyin olunub. 8 iyul 2020-ci il tarixdə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin edilib.

 

Other news