Fərdi sahibkarlar banklardakı depozitlərini geri çəkir - Detallar

17:31 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarlar banklardakı vəsaitlərin bir hissəsini geri çəkiblər.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, 1 dekabr 2021-ci il tarixinə banklarda fərdi sahibkarların 170.8 mln. manatlıq depozitləri olub. Bu da son bir ayda 1.6% azalıb.

Qeyd edək ki, üç ay öncə 158.9 mln. manat, iki ay öncə 174.5 mln. manat və bir ay öncə 173.6 milyon manat idi.

 

Other news