Bu halda Azərbaycana turits axını artacaq

10:28 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. "Bu il Azərbaycanın bir sıra ölkələrlə hava sərhədləri açıldı və ölkəyə müəyyən qədər turist axını oldu. Yerli turizm obyektləri xarici ölkə vətəndaşları ilə yanaşı, Azərbaycan vətəndaşlarının da axını ilə üzləşdi. Regionlardakı otellər həftə sonları tam dolu, həftə içi isə qismən dolu olurdu".

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu açıqlamasında "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

Ə.Qurbanov 2022-ci ilin də turizm sənayesi üçün uğurlu olacağına inanır:

"Yeni ildə əlavə ölkələrlə hava sərhədlərinin, həmçinin quru sərhədlərimizin açılacağını gözləyirik. Bu baş versə, həmsərhəd ölkələrdən Azərbaycana turist axını güclənəcək. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bir sıra layihələr reallaşdırılır, beynəlxalq hava limanları inşa olunur. Bu isə o deməkdir ki, xarici turistlər təyyarə ilə Qarabağa gələ biləcəklər".

 

Other news