Çin 9 ilədək dünyanın ən böyük iqtisadiyyatına sahib olacaq

10:38 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Dünya iqtisadiyyatının həcmi (ümumi daxili məhsul istehsalı) 2022-ci ildə ilk dəfə 100 trilyon dolları keçəcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) hesabatında qeyd edilib. Hesabata əsasən, bu, əvvəlki proqnozdan iki il əvvəl reallaşa bilər. CEBR keçən il hesablamışdı ki, dünya ÜDM-i ilk dəfə 2024-cü ildə 100 trilyon dolları keçəcək.

Proqnozlara əsasən, Çin 2030-cu ilə qədər dünyanın ən böyük iqtisadiyyatı olmaq üçün ABŞ-ı keçəcək. CEBR bir il əvvəl Çinin 2028-ci ilə qədər ABŞ-ı keçəcəyini proqnozlaşdırmışdı. Çinin iqtisadi artımı 2020-2025-ci illərdə orta hesabla 5,7 faiz, 2026-2030-cu illərdə 4,7 faiz, 2030-2035-ci illərdə isə 3,7 faiz təşkil edəcək.

Müəllif: Elmir Murad

 

Other news