Bu ölkələr dünyanın ən yaxşı 10 iqtisadiyyatına sahib olacaq - Siyahı

10:48 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi  İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) dünya ölkələrinin iqtisadiyyatı ilə bağlı hesabat hazırlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabatda Hindistanın gələn il yenidən dünyanın 6-cı ən böyük iqtisadiyyatı olaraq Fransanın yerini alacağı və 2031-ci ildə əvvəlcədən proqnozlaşdırılandan bir il sonra 3-cü ən böyük iqtisadiyyata çevriləcəyi qeyd edilib.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya 2033-cü ildə Yaponiya iqtisadiyyatını keçəcək.

2036-cı ildə dünyanın ən yaxşı 10 iqtisadiyyatı müvafiq olaraq Çin, ABŞ, Hindistan, Almaniya, Yaponiya, İngiltərə, Fransa, İndoneziya, Braziliya və Rusiya olacaq.

Covid-19-dan sonra sürətli iqtisadi artımdan faydalanan Kanada 11-ci, Cənubi Koreya 12-ci, İtaliya 13-cü, Avstraliya 14-cü, İspaniya 15-ci, Meksika 16-cı, Səudiyyə Ərəbistanı 17-ci, Hollandiya 18-ci, Türkiyə 19-cu və Vyetnam 20-ci yeri tutacaq.

Müəllif: Elmir Murad

Other news